AZ

Elnur Rzayev Xaçmaz şəhərində səyyar qəbul keçirdi – FOTOLAR

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Xaçmaz Rayon prokuroru Rəşad Məmmədovun, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Xaçmaz şəhərində növbəti səyyar qəbul keçirib.
Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbdə keçirilən səyyar qəbulda şəhər və ətraf yaşayış massivlərinin sakinləri iştirak edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildirərək, eyni zamanda yolların təmiri, yeni salınan yaşayış massivlərinin qazlaşdırılması və digər müraciətləri səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Seçilən
31
24
7times.az

10Mənbələr