EN

Kreml təsdiqlədi: Tramp Putindən xahiş edib ki, fevralın 1-nə qədər...

Dmitri Peskov Donald Trampın həqiqətən də şəxsən Vladimir Putindən Kiyevə zərbələri dayandırmağı xahiş etdiyini təsdiqləyib.

Publika.az xəbər verir ki, Kremlin sözçüsü bildirib ki, bu xahiş 1 fevrala qədər nəzərdə tutulub.

Onun sözlərinə görə, Amerika liderinin xahişi, həmin gün BƏƏ-də başlaması planlaşdırılan Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar üçün daha əlverişli şərait yaratmaq istəyindən irəli gəlir.

Peskov Vladimir Putinin Trampa nə cavab verdiyini və ya sorğunun hansı məsələlərlə bağlı olduğunu deməkdən imtina edib.

Chosen
16
26
publika.az

10Sources