Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putini Kiyevə dəvət edib.
Kiyevdə dövlət başçılarının görüşünün baş tutma ehtimalı varmı?
Redaktor.az məsələ ilə bağlı politoloq Samir Hümbətovun fikirlərini təqdim edir:
"Rusiya Prezidenti Vladimir Putindən belə bir açıqlama var idi ki, əgər Ukrayna Prezidenti Volodimir Zelenski danışmaq istəyirsə, Kremldə onu gözləyirik. Yəni başqa bir yerə getməyək, üz-üzə də danışa bilərik. Böyük ehtimal ki, Zelenski də Putinə bu təklifi edib. Amma mən inanmıram ki, bu görüş baş tutacaq, çünki tərəflərin birə-bir danışmaq imkanları yoxdur. Ola bilsin ki, üçüncü tərəflərin iştirakı ilə bir görüş keçirilə bilər.
Hazırda müharibə getdiyi vaxtda Vladimir Putinin Kiyevə getməsi və yaxud da Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvaya getməsi hələ ki, real görünmür. Ola bilsin ki, gələcəkdə başqa bir yerdə tərəflər arasında görüş ola bilər. Çünki Putin ora praktiki olaraq getmək istəsə, gərək bütün təhlükəsizlik tədbirləri görülsün ki, bu da hələ mümkün deyil, müharibə gedir, yəni alınmayacaq. Zelenski də ora ürək edib getməz".
Aytəkin TOFİQQIZI