AZ

Rusiyanın İranla bağlı mövqeyi dəyişməyib - Zaxarova

"Rusiyanın İranla bağlı mövqeyi dəyişməyib və ikitərəfli əlaqələr vasitəsilə İslam Respublikası ətrafında baş verən hadisələrə lazımi diqqət yetirir". 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Diplomat ABŞ-nin İslam Respublikası ərazisinə hava hücumları həyata keçirməklə bağlı təhdidləri fonunda İran hakimiyyətinin Rusiyadan kömək istəyib-istəmədiyi ilə bağlı suala cavab olaraq qeyd edib: "Biz Rusiya-İran gündəliyi ilə bağlı müntəzəm olaraq şərhlər veririk. Bu məsələ ilə bağlı bir neçə rəsmi açıqlama vermişik. Hazırda onlara əlavə edəcəyim bir şey yoxdur. Mövqeyimiz dəyişməyib. Deyə biləcəyim tək şey odur ki, Moskva və Tehran arasında intensiv siyasi dialoqun bir hissəsi olaraq, həmin ölkə ətrafında inkişaf edən vəziyyətin müxtəlif aspektlərinə lazımi diqqət yetirilir".

Əli Hüseynov

Seçilən
55
39
bakivaxti.az

10Mənbələr