EN

Türkiyə İran və ABŞ arasında vasitəçilik etməyə hazırdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı İran və ABŞ arasındakı mövcud gərginliyə vasitəçilik etməyə hazır olduğunu bildirib.

Türkiyə liderinin ofisinin məlumatına görə, iki prezident söhbət zamanı ikitərəfli münasibətləri, o cümlədən regiondakı hərbi eskalasiyanı müzakirə ediblər. “Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə gərginliyi azaltmaq və problemləri həll etmək üçün İran və ABŞ arasındakı münasibətlərdə vasitəçilik rolunu oynamağa hazırdır.”, – Türkiyə Prezident Aparatından bildiriblər.

Bundan əlavə, Ərdoğan Pezeşkiana bu gün Ankaraya səfər edən İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşmək niyyətində olduğunu deyib.

//Samir Qurbanov, Editor.az

Chosen
88
33
editor.az

10Sources