EN

Quterreş: BMT maliyyə çöküşü riski ilə üz-üzədir, iyula qədər resurslar tükənə bilər

BMT maddi çöküş riski ilə üz-üzədir.

APA “Reuters”ə istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib.

Quterreş buna səbəb kimi ödənilməmiş xərclər və büdcə qanununu göstərib.

O bildirib ki, büdcə qanunu BMT-ni xərclərdən artıq qalan vəsaiti geri qaytarmağa məcbur edir.

“Böhran dərinləşir və maliyyə cəhətindən çöküş riski yaradır. Yaxın gələcəkdə vəziyyət daha da pisləşəcək”,- Quterreş səfirlərə ünvanladığı məktubda vurğulayıb.

“Ya bütün üzv ölkələr öz öhdəliklərini yeri yetirərək ödənişləri tam və vaxtında həyata keçirməlidir, ya da maliyyə çöküşünün qarşısını almaq üçün büdcə qaydalarına dəyişiklik edilməlidir”,- Quterreş xəbərdarlıq edib.

Baş katib əlavə edib ki, BMT-nin maliyyə resursları iyul ayına qədər tükənə bilər.

Qeyd edək ki, ABŞ BMT-yə bağlı qurumlara könüllü maliyyə dəstəyini azaldıb və bu qurumun sülhməramlı missiyaları üçün ödənilən məcburi vəsaiti ödəməkdən imtina edib.

Chosen
33
50
apa.az

10Sources