AZ

Quterreş: Maliyyə qaydaları dəyişməsə, BMT-də böhran qaçılmazdır

BMT qaçılmaz maliyyə çöküşü riski ilə üzləşib.

Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi BMT-nin Baş katibi Antonio Quterreşin üzv dövlətlərin daimi nümayəndələrinə göndərdiyi məktuba istinadən məlumat yayıb.

Baş katib məktubunda bildirib ki, üzvlük haqlarının ödənilməməsi və xərclənməmiş vəsaitlərin geri qaytarılmasını nəzərdə tutan mövcud büdcə qaydaları böhranın dərinləşməsinə səbəb olur.

Onun sözlərinə görə, vəziyyət proqramların icrasını təhdid edir və maliyyə çöküşü riskini artırır:

"Böhran dərinləşir, proqramların icrasını təhlükə altına alır və maliyyə çöküşü riski yaradır. Vəziyyət yaxın gələcəkdə daha da pisləşəcək", - deyə Quterreş qeyd edib.

Məlumata görə, BMT-nin maliyyə vəziyyətinin pisləşməsinə əsas səbəblərdən biri təşkilatın ən böyük donoru olan ABŞ-nin könüllü maliyyələşdirməni kəskin azaltması, həmçinin adi və sülhməramlı büdcələr üzrə məcburi ödənişlərdən imtina etməsidir.

Quterreş vurğulayıb ki, ya bütün üzv dövlətlər ödəniş öhdəliklərini tam və vaxtında yerinə yetirməli, ya da yaxınlaşan maliyyə çöküşünün qarşısını almaq üçün maliyyə qaydaları köklü şəkildə dəyişdirilməlidir. O, vəsaitlərin iyul ayına qədər tükənə biləcəyi barədə də xəbərdarlıq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
50
olaylar.az

10Mənbələr