EN

Almaniya Azərbaycanlıları Alyansı Bundestaqda rəsmi görüş keçirib

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmov və heyətin üzvləri Elxan Riçard Sadıq-Zadə, Nurlan Rəhimli Almaniya Federativ Respublikasının Bundestaqında (Almaniya parlamenti) Sosial Demokrat Partiyasını (SPD) təmsil edən, Bundestaqın Cənubi Qafqaz üzrə Parlament Qrupunun həmsədri Macit Karaahmetoğlu ilə görüşüb.

XQ xəbər verir ki, görüşdə Alyansın fəaliyyəti, Almaniyada yaşayan soydaşlarımızın ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının gücləndirilməsinə yönələn təşəbbüslər, eləcə də təşkilatın indiyədək keçirdiyi forumlar və tədbirlər barədə ətraflı məlumat verilib. Qarşıdakı dövrdə planlaşdırılan tədbirlərdə Macit Karaahmetoğlunun da iştirakının arzu olunduğu qeyd edilib.

Həmsədr Macit Karaahmetoğlu Almaniya-Azərbaycan münasibətlərinin inkişafında diaspor təşkilatlarının mühüm rolundan danışıb. Azərbaycan icması ilə dost münasibətlərə diqqət çəkərək, ölkəmizin Almaniyadakı Səfirliyi ilə də əlaqələrin olduğunu vurğulayıb.

Görüşdə, həmçinin gələcəkdə Almaniyada keçiriləcək müxtəlif tədbirlərə Almaniya Azərbaycanlıları Alyansının da dəvət olunacağı bildirilib.

Səmimi və konstruktiv müzakirələr şəraitində keçən görüş qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından yüksək qiymətləndirilib.

Chosen
87
8
xalqqazeti.az

10Sources