UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandalarının oyunlarının keçiriləcəyi tarix və başlama saatları müəyyənləşib.
“Köhlən atlar” ilk matçını fevralın 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Qarşılaşma saat 21:45-də başlayacaq.
Komandalar arasında cavab görüşü fevralın 24-də İngiltərədə baş tutacaq. Həmin oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Trend
Tarix: 30 Yanvar 2026, 22:03