Xaçmaz rayonunda qatar avtomobili vurub, sürücü ölüb.
NOCOMMENT.az xəbər verir ki, rayonun Nərəcan kəndində dəmir yolu keçidini keçmək istəyən VAZ-21011 markalı avtomobili hərəkətdə olan qatar vurub.
Avtomobilin sürücüsü, Xaçmaz rayon Ağtala kənd sakini, 2004-cü il təvəllüdlü Səid İlham oğlu Çələbiyev qəza zamanı ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.
Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.