AZ

Xaçmazda qatar maşını vurdu, ölən var

Xaçmaz rayonunda qatar avtomobili vurub, sürücü ölüb.
BUTA.TV xəbər verir ki, rayonun Nərəcan kəndində dəmir yolu keçidini keçmək istəyən VAZ-21011 markalı avtomobili hərəkətdə olan qatar vurub. Avtomobilin sürücüsü, Xaçmaz rayon Ağtala kənd sakini, 2004-cü il təvəllüdlü Səid İlham oğlu Çələbiyev qəza zamanı ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.

Seçilən
110
10
buta.tv

10Mənbələr