Xaçmazda qatar ilə avtomobil toqquşub...
Poliqon xəbər verir ki, rayonun Nərəcan kəndində dəmir yolu keçidində "VAZ"markalı avtomobili hərəkətdə olan qatar vurub.
Avtomobilin sürücüsü Xaçmaz rayon Ağtala kənd sakini, 2004-cü il təvəllüdlü Çələbiyev Səid İlham oğlu qəza zamanı ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. (Unikal.az)
Poliqon.info