EN

DAHA BİR MTN yə DÖVLƏT XİDMƏTİNDƏ VƏZİFƏ VERİLDİ İbrahimov qohmunu idarə rəisi təyin etdi

Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu günlərdə vərəm xəstəsi olan 10 günün əsgərinin ölümüylə gündəmə gələn Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətində (SHXÇDX) ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin daha bir keçmiş əməkdaşına vəzifə verilib.

Mia.az-ın əldə etdiyi məlumata görə, xidmət rəhbəri Mürsəl İbarimovun əmriylə keçmiş MTN-çi Ağasi Əzimov SHXÇDX- nin Təchizat İdarəsinin rəisi təyin olunub.

Məlumata görə, Ağasi Əzimov MTN ləğv ediləndən sonra "Azərişıq" ASC-də işləyib... 

Onun xidmət rəisi M.İbrahimovla qohumluq əlaqəsinin hazırkı təyinatında müstəsna rol oynadığı da deyilir.

Xatırladaq ki, SHXÇDX-də xeyli keçmiş MTTN-çilər vəzifə tutur. Onların arasında Hüquq İdarəsinin rəisi Bəxtiyar Hacıyev, qalmaqallı sabiq MTN-çi Tehran Babatov, həmçinin Kadrlar Baş İdarəsinin rəisi Hikmət İsbatovun adını çəkmək olar...

Samir Musayev

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
129
2
mia.az

3Sources