EN

“Şamaxı” – “Qarabağ” oyunu gec başlayacaq – Səbəb – ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turunun bu gün keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyununun başlama saatı dəyişilib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə qeyd olunur ki, qarşılaşmanın başlama saatının dəyişdirilməsinə güclü qar səbəb olub. Belə ki, Şamaxı şəhər stadionunun qazonu tamamilə qarla örtüldüyü üçün meydançanın təmizlənməsinə ehtiyac var. Stadionun daha yaxşı vəziyyətə gətirilməsi, komandaların isinmə hərəkətlərini normal yerinə yetirə bilməsi üçün matça əvvəlcədən nəzərdə tutulduğu kimi 14:30-da deyil, 14:50-də start verilməsi planlaşdırılır.

Sonda onu da qeyd edək ki, Şamaxı şəhər stadionunda qazonun qardan təmizlənməsinə klub rəsmilərindən də dəstək göstərənlər var. Hətta “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da bu işdə öz köməyini əsirgəməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
85
21
arena.az

10Sources