EN

Lazer sınağı ABŞ hava məkanının bağlanmasına səbəb oldu

Pentaqon və Federal Aviasiya Administrasiyası (FAA) arasında dronlara qarşı lazer silahı sınağı ilə bağlı fikir ayrılıqları Texasın El Paso və cənubi Nyu-Meksikonun böyük bir hissəsi üzərində hava məkanının bağlanmasına səbəb oldu.

Ucnoqta.az xəbər verir ki, Associated Press mənbələrə istinadən bu barədə məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ ordusu, FAA-nın müvafiq icazəsi olmadan Meksika narkotik kartelləri tərəfindən istifadə edildiyi iddia edilən dronlara qarşı lazer sınağı planlaşdırıb və FAA sınağın mülki aviasiya üçün təhlükəsiz olmasını təmin etmək istəyib. Daha sonra FAA hava məkanını bağlayıb.

Agentlik qeyd edir ki, Pentaqonun lazer sınağını keçirib-keçirmədiyi hələlik məlum deyil.

Chosen
76
12
ucnoqta.az

10Sources