EN

Prezident Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək

Ajans.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, Münhen Təhlükəsizlik Konfransı 2026-cı ildə də qlobal təhlükəsizliyin əsas məsələlərini müzakirə etmək üçün beynəlxalq qərar qəbul edən şəxsləri yenidən Münxendə bir araya gətirir.

"Azərbaycan bu il konfransda artıq 8-ci dəfə iştirak edən Prezident İlham Əliyev tərəfindən təmsil olunur. Beləliklə, biz birgə dialoq vasitəsilə Avropa ilə Cənubi Qafqaz arasında sabitliyə və tərəfdaşlığa öz töhfəmizi veririk", - məlumatda qeyd edilib.

Chosen
31
5
Ajans.az

10Sources