AZ

İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak edəcək

Azərbaycan Prezidenti İlham Əliyev 62-ci Münxen Təhlükəsizlik Konfransında iştirak edəcək. Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Münxen Təhlükəsizlik Konfransı 2026-cı ildə də qlobal təhlükəsizliyin əsas məsələlərini müzakirə etmək üçün beynəlxalq qərar qəbul edən şəxsləri yenidən Münxendə bir araya gətirir.

"Azərbaycan bu il konfransda artıq 8-ci dəfə iştirak edən Prezident İlham Əliyev tərəfindən təmsil olunur. Beləliklə, biz birgə dialoq vasitəsilə Avropa ilə Cənubi Qafqaz arasında sabitliyə və tərəfdaşlığa öz töhfəmizi veririk",- məlumatda qeyd edilib.

Konfrans fevralın 13-dən 15-dək davam edəcək.

Seçilən
43
5
anews.az

10Mənbələr