AZ

İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak edəcək

Azərbaycan Prezidenti İlham Əliyev 62-ci Münxen Təhlükəsizlik Konfransında iştirak edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Münxen Təhlükəsizlik Konfransı 2026-cı ildə də qlobal təhlükəsizliyin əsas məsələlərini müzakirə etmək üçün beynəlxalq qərar qəbul edən şəxsləri yenidən Münxendə bir araya gətirir.

“Azərbaycan bu il konfransda artıq 8-ci dəfə iştirak edən Prezident İlham Əliyev tərəfindən təmsil olunur. Beləliklə, biz birgə dialoq vasitəsilə Avropa ilə Cənubi Qafqaz arasında sabitliyə və tərəfdaşlığa öz töhfəmizi veririk”,- məlumatda qeyd edilib.

Xatırladaq ki, konfrans fevralın 13-dən 15-dək davam edəcək.

Seçilən
21
5
konkret.az

10Mənbələr