EN

Regionlarda ekoloji maarifləndirici görüşlər davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən növbəti maarifləndirici görüşlər Sumqayıt şəhərinin 9 nömrəli tam orta məktəbində, Lənkəran rayonunun Şovu kənd tam orta məktəbində, Lerik rayonunun Piran kənd tam orta məktəbində və Quba rayonunun Birinci Nügədi kənd Z.Kərimov adına 1 nömrəli tam orta məktəbində keçirilib.  

 “Tullantıların ekoloji cəhətdən səmərəli idarə olunması və təkrar emal” mövzusunda təşkil olunan görüşlərdə şagirdlərə məişət tullantılarının düzgün toplanması, çeşidlənməsi və emalı qaydaları haqqında ətraflı məlumat verilib. Eyni zamanda tullantıların azaldılması, təkrar istifadənin təşviqi, təbii ehtiyatlardan məsuliyyətli istifadə və gündəlik davranışların ekoloji tarazlığa təsiri xüsusi vurğulanıb.

 Quba rayonunun Birinci Nügədi kəndində yerləşən Z. Kərimov adına məktəbdə keçirilən tədbirdə şagirdlərin tullantılardan hazırladıqları yaradıcı əl işləri nümayiş etdirilib. Sərgilənən nümunələr tullantıların dəyərə çevrilə biləcəyini və məktəblilərin ekoloji mövzulara həssas yanaşmasını əyani şəkildə göstərib.

 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən bu görüşlərin məqsədi uşaqlarda ekoloji biliklərin artırılması, təbiətə həssas münasibətin formalaşdırılması, davamlı inkişaf prinsiplərinin təşviqi və ekoloji tarazlıq anlayışının gücləndirilməsidir.



Chosen
303
3
ekologiya.az

4Sources