EN

“Neftçi” “Kəpəz”ə, “Araz-Naxçıvan” “Sumqayıt”a qarşı

Azərbaycan Premyer Liqasında 20-ci turun oyunları keçirilir.

Publika.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

Öncə “Kəpəz” “Neftçi” ilə qarşılaşacaq. Günün digər oyunu “Araz-Naxçıvan”la “Sumqayıt” arasında keçiriləcək.

Daha öncə “İmişli” “Qarabağ”a uduzub (0:1), “Zirə” “Karvan-Yevlax”ı məğlub edib – 1:0. “Şamaxı” – “Turan Tovuz” və “Qəbələ” – “Sabah” oyunları sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası

Chosen
81
9
publika.az

10Sources