Azərbaycan Premyer Liqasında 20-ci turun oyunları keçirilir.
Publika.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Öncə “Kəpəz” “Neftçi” ilə qarşılaşacaq. Günün digər oyunu “Araz-Naxçıvan”la “Sumqayıt” arasında keçiriləcək.
Daha öncə “İmişli” “Qarabağ”a uduzub (0:1), “Zirə” “Karvan-Yevlax”ı məğlub edib – 1:0. “Şamaxı” – “Turan Tovuz” və “Qəbələ” – “Sabah” oyunları sabah keçiriləcək.
Azərbaycan Premyer Liqası