Sumqayıt şəhərində 33 yaşlı kişi dəm qazından boğulub ölüb.
KONKRET.az xəbər verir ki, hadisə 52-ci məhəllə Duzlaq küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Amil Qarayev hamam otağında dəm qazından zəhərlənərək hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. (Report.az)