Sumqayıt şəhərində 33 yaşlı kişi dəm qazından boğulub ölüb.BUTA.TVReport-a istinadla xəbər verir ki, hadisə 52-ci məhəllə Duzlaq küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Amil Qarayev hamam otağında dəm qazından zəhərlənərək hadisə yerində dünyasını dəyişib.