Sumqayıt şəhərində 33 yaşlı kişi dəm qazından boğularaq ölüb.
"Far.Az"un yerli bürosu xəbər verir ki, hadisə 52-ci məhəllənin Duzlaq küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Amil Qarayev hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.