EN

"Real"ın istədiyi ulduz futbolçu qərarını verdi

“Bavariya”nın futbolçusu Dayot Upamekano karyerası ilə bağlı qərar verib. Metbuat.az xəbər verir ki, o klubu ilə 4 illik yeni müqavilə imzalayıb. Məlumata görə, futbolçunun yeni müqaviləsi 2030-cu ildə yekunlaşacaq.

Qeyd edək ki, qvineya əsilli fransız futbolçu Dayot Upamekanonun “Bavariya” ilə müqaviləsi mövsümün sonunda yekunlaşırdı. "Real Madrid" də daxil olmaqla bir sıra Avropa klubları futbolçunun xidmətində maraqlı idi. 2021-ci ildən bəri alman nəhəngində oynayan oyunçu 3 Bundesliqa çempionluğu və 3 Almaniya Super Kubokunu qazanıb. Upamekano “Bavariya”da 180 oyunda iştirak edib, 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
90
24
metbuat.az

10Sources