AZ

PSJ ulduz futbolçusu ilə anlaşdı

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

PSJ-nin yarımmüdafiəçisi Joau Neveş klubla yeni müqavilə imzalayacaq. 

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı üzərindən paylaşaraq yayıb. 

Məlumata görə, tərəflər 2030-cu ilə qədər müddətə müqavilə imzalayıblar. 21 yaşlı yarımmüdafiəçinin maaşı artacaq. 

Joau Neveş PSJ-yə 2024-cü ilin yayında 65 milyon avro müqabilində "Benfika"dan keçib. Portuqaliyalı futbolçunun Paris nəhəngi ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ildə başa çatır. 

Neveş bu mövsüm Luis Enrikenin komandasında bütün turnirlərdə 23 oyun keçirərək 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
24
fanat.az

10Mənbələr