AZ

“Real Madrid” fransız ulduz futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır

"Real Madrid" klubu “PSJ”nin 20 yaşlı ulduz futbolçusu Desire Doueni heyətinə qatmaqda maraqlıdır.

Missiya.Az xəbər verir ki, klub fransız futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır.

Son illərdə Fransa futbolunun ən parlaq istedadlarından biri olan Desire Doue, Avropa nəhənglərinin radarında qalmaqda davam edir.

Qeyd edək ki, Doue bu mövsüm “PSJ”də bütün turnirlər də daxil olmaqla 23 oyunda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
39
24
missiya.az

10Mənbələr