EN

Azad olunan ərazilər minalardan təmizlənir -FOTO

Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumlarla yanaşı, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti də cəlb olunub.

Redaktor.az xəbər verir ki, əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır.

Hazırda qurum tərəfindən Ağdam rayonu ərazisində işlər intensiv şəkildə davam etdirilir.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində minatəmizləmə əməliyyatına cəlb olunmuş şəxsi heyət ən müasir texnika və avadanlıqlarla, o cümlədən “GCS-200” markalı kənardan idarə edilən müasir minatəmizləyən robotlarla təchiz olunub. Əməkdaşlar bu sahədə müvafiq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.

Bundan əlavə, minatəmizləmə əməliyyatında xüsusi təlim keçmiş itlərdən də istifadə edilir.











Chosen
33
6
redaktor.az

9Sources