Ajans.az xəbər verir ki, 18.02.2026-cı il tarixində saat 11:00 radələrində 1 nəfər (kişi) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 2008-ci il təvəllüdlü yeniyetməyə sağ topuq nahiyəsinin yerdəyişən sınığı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti kafi qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb./Teleqraf.az