EN

Qurban Qurbanovun İngiltərədə mətbuat konfransı olmayacaq

Qurban Qurbanovun İngiltərədə mətbuat konfransı olmayacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Nyukasl Yunayted”- “Qarabağ” qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Bakıda baş tutacaq.

Klubun media nümayəndələri üçün açıq məşqi fevralın 22-də saat 20:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə fevralın 23-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək “Nyukasl Yunayted” - “Qarabağ” oyunu fevralın 24-də İngiltərədə, “St James Park” stadionunda, Mərkəzi Avropa Vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) start götürəcək.

Chosen
12
7
afn.az

10Sources