Misli Premyer Liqasının 21-ci turu çərçivəsində bu gün "Azərsun Arena"da "Turan Tovuz"un qonağı olacaq "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov iki futbolçunun xidmətindən faydalana bilməyəcək.
Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:
"Cəzalı oyunçu yoxdur. Brahim Konate və İssa Cibrilla zədə səbəbindən bu görüşü kənardan izləyəcəklər".
Qeyd edək ki, "Turan Tovuz" - "Zirə" matçı 17:00-da başlayacaq. Turun mərkəzi qarşılaşmasında ədaləti Rəvan Həmzəzadənin başçılıq etdiyi hakimlər briqadası qoruyacaq.
Nihat