Bakı. TurkicWorld:
Cari ilin yanvar ayında Azərbaycanda 47,5 min ton ağ neft istehsal olunub.
TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,9 min ton və ya 22,6 faiz azdır. Belə ki, ötən ilin yanvar ayında ölkədə ümumilikdə 61,4 min ton ağ neft istehsal olunmuşdu.
1 fevrala olan vəziyyətə görə ölkədə hazır məhsul ehtiyatı 24,6 min ton təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanda 2,252 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 56 min ton və ya 2,4 faiz azdır.
Həmin dövrdə xam neftin ümumi hasilatının 2,248 milyon tonu əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 53 min ton və ya 2,3 faiz azdır.