Bakı. TurkicWorld:
Bu ilin yanvar ayında Azərbaycanda 193,4 min ton dizel yanacağı istehsal olunub.
TurkicWorld bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 32,6 min ton və ya 14,4 faiz azdır.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycanda 226 min ton dizel yanacağı istehsal olunmuşdu.
Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanda 2,252 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 56 min ton və ya 2,4 faiz azdır.
Həmin dövrdə xam neftin ümumi hasilatının 2,248 milyon tonu əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 53 min ton və ya 2,3 faiz azdır.