Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda 193,4 min ton dizel yanacağıistehsal olunub.
Trend bu barədəAzərbaycanın Dövlət Statistika Komitəsinə istinadən məlumatverir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrününgöstəriciləri ilə müqayisədə 32,6 min ton və ya 14,4 faizazdır.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycanda226 min ton dizel yanacağı istehsal olunmuşdu.
Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanda 2,252 milyonton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə56 min ton və ya 2,4 faiz azdır.
Həmin dövrdə xam neftin ümumi hasilatının 2,248 milyon tonuəmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin göstəricisiilə müqayisədə 53 min ton və ya 2,3 faiz azdır.