EN

Finlandiya Rusiya ilə dialoqu bərpa edə bilər

Finlandiyanın xarici işlər naziri Elina Valtonen Rusiya ilə dialoqun gələcəkdə bərpa olunması ehtimalını istisna etməyib.

APA xəbər verir ki, o, bu barədə "Yle" telekanalına müsahibəsində danışıb.

“Əlbəttə, müəyyən mərhələdə bu mümkün ola bilər. Lakin əvvəlcə bu dialoqla nəyi əldə etmək istədiyimizi və kimin hansı addımları atacağını razılaşdırmalıyıq”, – deyə Valtonen bildirib.

Nazir hesab edir ki, Avropa sülh prosesində daha əhəmiyyətli rol oynamalıdır.

Chosen
34
50
apa.az

10Sources