EN

Lvovun mərkəzində terror - ölən və yaralananlar var...



Fevralın 22-sinə keçən gecə Ukraynanın Lvov şəhərində partlayış baş verib. Hadisə nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları yaralanıb, bir polis həlak olub.

Lvov meri Andrey Sadovin “Telegram” hesabında yaıb ki, şəhərin mərkəzində ən azı iki partlayış baş verib. Şəhər Şurasının üzvü İqor Zinkeviçin sözlərinə görə, hadisə Hospitalna küçəsindəki "Maqnus" Ticarət Mərkəzinin yaxınlığında baş verib. Lakin partlayışlar zamanı bölgəyə heç bir həyəcan siqnalı verilməyib.

Mer Sadovinin sözlərinə görə, Lvovda baş verənlər terror aktı olub. Hadisə nəticəsində 15 nəfər yaralanıb.

Chosen
7
13
baki-xeber.com

10Sources