AZ

Lvovda terror törətməkdə şübhəli bilinən saxlanıldı

Ukrayna polisi Lvov şəhərində həyata keçirilən terror aktının ehtimal olunan icraçısını saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat yayıb.

Nazirin sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən qadın rayon mərkəzlərinin birində ələ keçirilib. Hazırda terror aktının baş verdiyi yerdə müvafiq xidmətlər çalışır və hadisənin bütün təfərrüatları araşdırılır.

Seçilən
11
13
publika.az

10Mənbələr