EN

Ötən ay Azərbaycanda tikinti sektoruna 200 milyon manat sərmayə yatırılıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda tikinti sektoru üzrə əsaskapitala yönəldilmiş investisiyaların dəyəri 200,3 milyon manattəşkil edib.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 16% azdır.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyalarınyekunda xüsusi çəkisi 14,3%-ə bərabər olub.

Hesabat dövründə tikinti sektoruna yatırılmış investisiyanın96,3 milyon manatı mənzil tikintisinə yönəldilib ki, bu da 2025-ciilin eyni ayındakı göstəriciyə nisbətən 45,2% azalma deməkdir.

Dövr ərzində mənzil tikintisi üzrə əsas kapitala yönəldilmişinvestisiyaların yekunda xüsusi çəkisi 6,9%-ə bərabər olub.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında ölkənin iqtisadi vəsosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsaskapitala 1,406 milyard manat və ya 2025-ci ilin yanvar ayı iləmüqayisədə 75,6 faiz çox investisiya yönəldilib. Neft-qaz sektorunayönəldilmiş investisiyaların həcmi 78,3 faiz, qeyri neftqazsektoruna yönəldilmiş investisiyaların həcmi isə 73,9 faiz çoxolub.

Ümumi sərmayənin 758,6 milyon manatı və ya 54,0 faizi məhsulistehsalı sahələrinin, 551,0 milyon manatı (39,2 faizi) xidmətsahələrinin, 96,3 milyon manatı (6,8 faizi) isə yaşayış evlərinintikintisinin payına düşüb. Ümumi sərmayənin 17,2 faizi dövlət, 82,8faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.Sərmayə qoyuluşunun 41,1 faizi tikinti-quraşdırma işlərinə sərfedilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanındəyəri ümumi sərmayənin 71,4 faizini təşkil edib.

Məqalədə:
Chosen
19
4
az.trend.az

10Sources