EN

UNEC türk dövlətlərində ən yaxşı 14-cü universitetdir

Bakı, 23 fevral, AZƏRTAC

“Times Higher Education” (THE) Türk Dövlətləri üzrə ilk reytinqini açıqlayıb.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) AZƏRTAC-a bildirilib ki, bu ali təhsil müəssisəsi ölkəmizdə 1-ci, ümumi reytinqdə 14-cü olmaqla ilk 15-likdə yer alıb.

Koç Universiteti region üzrə 248 ali təhsil müəssisəsi arasında 1-ci, Orta Doğu Texniki Universiteti 2-ci və Sabancı Universiteti 3-cü yeri tutub. Qazaxıstanın Nazarbayev Universiteti 4-cü, Özbəkistanın Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutu isə 7-ci olmaqla ilk onluqda qərarlaşıblar.

Ümumilikdə, 109 universitetlə reytinqdə ən çox təmsil olunan ölkə Türkiyədir. Reytinq Türk Dövlətləri Təşkilatının 5 üzv dövlətini – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı əhatə edən THE Dünya Universitetləri Reytinqi 2026-nın filtr edilmiş versiyasıdır. Qiymətləndirmə universitetlərin əsas missiyaları üzrə 17 çəkili indikator əsasında aparılıb.

Chosen
9
7
azertag.az

10Sources