EN

Berdıyev: “Bu mövsüm gözlənilməz nəticələr çoxdur” – ARENA.AZ

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 14-cü turundan təxirə salınmış “Qəbələ” ilə oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə Tovuz təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qəbələ”dən bir az ehtiyat edirdik. Onların yaxşı komanda olduğunu bilirdik. Rəqibin sürətli hücumçuları var. Necə rəqib gözləyirdiksə, onu da gördük. Birinci hissədə “Qəbələ”nin kifayət qədər qol epizodları oldu. Heç bir komanda üçün onlara qarşı oynamaq asan olmayıb. İşimizin öhdəsindən gəldik. Uşaqlar pis oynamadılar.

Komanda zamanla formalaşır. Buna bir neçə il lazım olur. Hər mövsümün özünün vəzifələri var. Bu mövsümün vəzifələri ötən mövsümdən fərqlidir. Buna uyğun olaraq, irəliyə doğru addımlayırıq. Bəzən nəsə alınır, bəzən alınmır. Amma uşaqlar hara getdiklərini bilirlər. Bir az vaxt lazımdır.

Ötən mövsüm bizə göstərdi ki, indidən nəsə demək tezdir. Hazırda Azərbaycan çempionatı o qədər rəqabətlidir ki, istənilən komanda digərindən xal ala bilər. Ötən mövsümün nəticələrini hardasa əvvəlcədən demək olardı. Amma bu mövsüm gözlənilməz nəticələr qeydə alınır. Azərbaycan futbolu daha da güclü olub.

Rəhim Sadıqovun mövqeyini dəyişmişik. Onunla danışdıq. Belə qərara gəldik ki, dayaq yarımmüdafiəçisi mövqeyində daha çox fayda verə bilər”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
20
4
arena.az

10Sources