Bakı. Trend:
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fevralın 27-siaxşamdan martın 2-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağıgözlənilir.
Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Məlumata əsasən, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi,əsasən axşam və gecə saatlarında sulu qara keçəcəyi ehtimalolunur.
Azərbaycanın rayonlarında isə fevralın 26-sı günün ikinciyarısından başlayaraq martın 2-dək hava şəraitinin arabir yağıntılıolacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdəyağıntıların intensiv olacağı, yağıntılarla əlaqədar çaylardasululuğun artacağı ehtimalı var.
Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 5-8dərəcə enəcək.