EN

Tramp və Zelenski arasında kritik telefon danışığı 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə müharibənin sona çatdırılması istiqamətində aparılan danışıqları müzakirə etdiklərini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabından etdiyi paylaşımda ABŞ Prezidenti Donald Tramp ilə telefonla danışdığını qeyd edib.

ABŞ-nin Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni və keçmiş baş məsləhətçisi Cered Kuşnerin də telefon danışığına qatıldığını bildirən Zelenski Vitkoff və Kuşnerin bu gün İsveçrənin Cenevrə şəhərində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Ümerov ilə görüşəcəyini xatırladıb.

Tramp ilə görüşündə Cenevrədə keçiriləcək ikitərəfli danışıqlar və martın əvvəllərində Rusiya, Ukrayna və ABŞ-nin qatılacağı üçtərəfli müzakirələrin yeni raundunun hazırlıqları haqqında danışdıqlarını qeyd edən Zelenski, "Bunun liderlik səviyyəsində danışıqlara keçmək üçün bir fürsət yaradacağını ümid edirik" - ifadəsini istifadə edib.

Chosen
13
24
manset.az

10Sources