AZ

Trampla Zelenski arasında telefon danışığı

ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski fevralın 25-də baş tutan telefon danışığı zamanı ərazi məsələsinin həllini müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Obşestvennoye" nəşri Ukrayna prezident ofisindəki mənbələrinə istinadla məlumat yayıb.

Qeyd olunub ki, ölkə liderləri həmçinin Ukrayna nümayəndə heyətinin ABŞ nümayəndələri - ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner ilə görüşünü müzakirə ediblər.

"Həmçinin rusiyalılarla görüşə hazırlıq və liderlərin üçtərəfli sammitinin keçirilməsinin vacibliyi müzakirə olunub. Amerikalılar bu məsələdə ciddi niyyətlidirlər", - deyə nəşrin həmsöhbəti qeyd edib. O əlavə edib ki, hər iki prezident münaqişənin yaxın aylarda başa çatacağına ümid edir.

Seçilən
0
24
publika.az

10Mənbələr