Turkstan.az saytına istinadən ain.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla müharibəyə son qoymaq üçün davam edən səyləri müzakirə etdiyini söylədi.Turkustan.az xəbər verir ki, Zelenski sosial media hesabında Trampla telefonda danışdığını bildirib.Zelenski telefon danışığında ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff və Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşnerin də iştirak etdiyini bildirib və xatırladıb ki, Vitkoff və Kuşnerin bu gün İsveçrənin Cenevrə şəhərində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla görüşəcəkləri gözlənilir.Zelenski qeyd edib ki, Trampla görüşü zamanı Cenevrədə ikitərəfli danışıqları və martın əvvəlində Rusiya, Ukrayna və ABŞ-ın iştirakı ilə planlaşdırılan yeni üçtərəfli danışıqlar raunduna hazırlıqları müzakirə ediblər. O, əlavə edib ki, "Ümid edirik ki, bu, liderlik səviyyəsində danışıqlara keçmək üçün fürsət yaradacaq".Zelenski Trampın müharibəyə son qoymaq üçün bu səyləri dəstəklədiyini bildirib və əlavə edib ki, "bütün çətin və həssas məsələləri həll etməyin və nəticədə müharibəyə son qoymağın yeganə yolu budur".
Aytən Yaşar/ Turkustan.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.