EN

"Sumqayıt"da ciddi itki

style='margin-bottom:10px;'>

"Sumqayıt"ın Misli Premyer Liqasının 21-ci turunun “Qəbələ” ilə matçında zədələnən futbolçusu Roi Kehat vətəni İsraildə əməliyyat olunub.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Axill vətərinin dabana qədər tam yırtığı diaqnozu qoyulan yarımmüdafiəçi professor Eran Tamir tərəfindən əməliyyat edilib.

Uğurlu keçən cərrahi müdaxilə nəticəsində Roi Kehat təxminən 1 ay sonra fizioterapevt müşayiəti ilə mərhələli şəkildə reabilitasiya prosesinə start verəcək. O, ən az mövsümün sonuna qədər "Sumqayıt"a kömək edə bilməyəcək.

Chosen
20
8
teleqraf.com

10Sources