Misli premyer-liqasının 21-ci turunun “Qəbələ” ilə matçında zədələnən və oyunu davam etdirə bilməyən “Sumqayıt”ın futbolçusu Roy Kehat vətəni İsraildə əməliyyat olunub.
"Football-plus.az" xəbər verir ki, axill vətərinin dabana qədər tam yırtığı diaqnozu qoyulan yarımmüdafiəçinin əməliyyatı uğurlu keçib.
Kehat təxminən 1 ay sonra fizioterapevt müşayiəti ilə mərhələli şəkildə reabilitasiya prosesinə start verəcək.
O, ən azı mövsümün sonuna qədər “Sumqayıt”a kömək edə bilməyəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta