Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Premyer Liqasının XXI turunun “Qəbələ” ilə matçında zədələnən və oyunu davam etdirə bilməyən “Sumqayıt”ın futbolçusu Roi Kehat vətəni İsraildə əməliyyat olunub.
Klubdan AZƏRTAC-a bildirilib ki, axill vətərinin dabana qədər tam yırtığı diaqnozu qoyulan yarımmüdafiəçinin əməliyyatı uğurlu keçib.
Roi Kehat təxminən 1 ay sonra fizioterapevt müşayiəti ilə mərhələli şəkildə reabilitasiya prosesinə start verəcək. O, ən azı mövsümün sonuna qədər “Sumqayıt”a kömək edə bilməyəcək.