EN

LDU-da “Xocalı faciəsi: tarixi yaddaş və müasir baxış” mövzusunda tədbir keçirilib

LDU-da “Xocalı faciəsi: tarixi yaddaş və müasir baxış” mövzusunda tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının XX əsrdə yaşadığı ən faciəli tarixlərdən biri olan Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı faciəsi: tarixi yaddaş və müasir baxış ” adlı tədbir keçirilib.

Tədbir Xocalı faciəsinin günahsız qurbanlarının və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıb.Anım mərasimində LDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Ramiz Şəmmədov çıxış edərək Xocalı faciəsi, onu doğuran səbəblərdən danışıb, torpaqlarımızın bütövlüyünün bərpa olunmasını şəhidlərin qisası kimi dəyərləndirib.

LDU-nun Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Aslan İbrahimov “Xocalı faciəsi qan yaddaşımızdır”, Pedaqogika, psixologiya və incəsənət kafedrasının müdiri, dosent Afiq Əliyev “Xocalı soyqırımının milli–mənəvi dəyərlərimizə təsiri”, LDU TGT-nın sədri Sara İbadzadə “26 Fevral – məsuliyyət və gənclərin mövqeyi” mövzusunda məruzə ediblər.

Məruzələrdə Azərbaycan tarixinin ən ağrılı və faciəli səhifəsi olan Xocalı soyqırımının təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən qəddar cinayətlər siyahısında yer aldığı bildirilib. Ali Baş Komandan İlham Əliyevin “Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın” sözləri anım tədbirinin məntiqi yekunu kimi səslənib.

Anım tədbirində Xocalı faciəsindən bəhs edən videorolik nümayiş etdirilib.Qeyd edək ki, bu gün Lənkəran Dövlət Universitetində keçirilən ilk dərslərdə faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib, kitab sərgisi təşkil olunub, Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış xatirə abidə kompleksi professor-müəllim-tələbə-işçi heyəti tərəfindən ziyarət edilib.

Chosen
23
21
azedu.az

10Sources