EN

Türkiyədə terrorçu kommunist təşkilaıtna qarşı əməliyyat

Türkiyədə DHKP-C terror təşkilatının 4 nəfər saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və Baş Polis Təşkilatının İstanbulda baş tutan birgə əməliyyatı nəticəsində mümkün böyük terror aktının qarşısı alınıb.

Kəşfiyyat məlumatlarına əsasən, DHKP-C terror təşkilatının İstanbulda fəaliyyət göstərən qanunsuz strukturu izlənilib. Aparılan texniki və fiziki müşahidələr zamanı təşkilat üzvlərinin şəhərdəki strateji obyektlərə qarşı silahlı və partlayıcı maddələrdən istifadə etməklə hücum hazırlığında olduqları müəyyən edilib.

MİT və polisiin koordinasiyalı əməliyyatı ilə eyni vaxtlı basqınlar nəticəsində DHKP-C ilə əlaqəli olduğu müəyyən edilən 4 şübhəli şəxs saxlanılıb.


Telegram kanalımız
Chosen
27
14
yenisabah.az

10Sources