EN

İrandan ABŞ-a şok təklif

İran ABŞ-a uranın zənginləşdirilməsinin məhdud müddətə dondurulmasını təklif edib.

Publika.az xəbər verir ki, bu barədə "Al Jazeera" yüksəksəviyyəli iranlı mənbəyə istinadla məlumat yayıb.

"Bizim təklifimiz uranın zənginləşdirilməsinin suveren hüquq olduğunu təsdiqləyir və zənginləşdirmənin məhdud müddətə dondurulmasını nəzərdə tutur", - deyə mənbə bildirib.

Fevralın 26-da Cenevrədə Omanın vasitəçiliyi ilə İranın nüvə proqramı üzrə İran və ABŞ arasında dolayı danışıqların üçüncü raundu başlayıb.

Chosen
2
50
publika.az

10Sources